Babası molla, özü fəhlə olan prezident haqda – 12 maraqlı fakt

1 Dekabr 2015 15:38 (UTC+04:00)

AzNews.az həmin faktları təqdim edir:

1. Doğularkən çəkisi 5 kiloqram olub.

2. Adını ata tərəfdən olan nənəsi qoyub. O, Quranda olan 2 adı birləşdirib.

3. Uşaqlıqda pilot olmağı arzulayıb.

4. 3 il rus dilli sinifdə oxuyub.

5. Gəncliyində pul qazanmaq üçün bütün yayı qonşu evin tikintisində kərpic hörüb.

6. Məktəb atestatında yanlız 1 dörd qiyməti olub.

7. Məktəbi bitirdikdən sonra kimyaçı olmağı planlaşdırıb.

8. Dneprodzerjinskdə təhsil zamanı Ukraynanın güləş üzrə idman ustası olub.

9. 22 yaşında ilk dəfə xaricə gedib və bu ölkə Finlandiya olub.

10. Valideynləri Türküstan-Sibir dəmiryolunun çəkilişində iştirak edib.

11. Atası başqırd dilini yaxşı bilib.

12. Ana tərəfindən babası molla olub.

Xatırladaq ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev 1940-cı il 6 iyul tarixində anadan olub.

1 dekabr 1991-ci ildə ümumxalq seçkiləri nəticəsində Qazaxıstan Respublikasının Prezidenti seçilib. 29 aprel 1995-ci ildə ümumxalq referendumu nəticəsində prezident səlahiyyətləri uzadılıb. 10 yanvar 1999-cu ildə seçkilərdə 81,71% səs toplayaraq yenidən prezident seçilib. 4 dekabr 2005-ci ildə seçkilərdə 91.15% səs toplayaraq təkrar prezident olub.

Aydan AXUNDOVA
AzNews.az