Əhəd Abıyevin YAP-a 40 minlik hədiyyəsi

30 Oktyabr 2012 12:38 (UTC+04:00)


Daşkəsən rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyi ilə bağlı tədbir keçirilib. Tədbiri rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev təşkil edib.

Ə.Abıyevin AzNews.az-a verdiyi məlumata görə, partiyanın 20 illik yubileyi ilə bağlı YAP-ın Daşkəsən rayon təşkilatına ABŞ istehsalı olan CİP avtomobili bağışlayıb: "Daşkəsən dağlıq rayondur.

Dağlara çıxmaq rayon təşkilatında çalışanlar üçün olduqca cətin idi. Buna görə də, düşündüm ki, öz budcəmdən rayon təşkilatına maşın alıb hədiyyə edim. Son model, təzə maşındı. Bu da mənim partiyamıza bir hədiyyəm olsun".

Əhəd Abıyev bildirdi ki, CİP-in qiyməti 40 min manatdır.

AzNews.az
Bahar Rüstəmli