İstanbul metrosunda partlayış - Ölən və yaralananlar var
1 Dekabr 2015 20:28 (UTC+04:00)
AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hadisə yerinə təcili yardım və yanğınsöndürən maşınları cəlb olunub. Hadisə nəticəsində 1 nəfərin öldüyü və yaralıların olduğu bildirilir.
Metronun fəaliyyəti hazırda dayandırılıb.
Polis partlayışa elektrik transformatorunda qısa qapanmanın səbəb olduğunu ehtimal edilir.