Zukerberq ata oldu - 45 milyardını xeyriyyə vəqfinə bağışladı
2 Dekabr 2015 10:00 (UTC+04:00)
AzNews.az xəbər verir ki, Markın qızı olub. O, həyat yoldaşı Pritsilla Çan ilə birlikdə qızına Maks adını qoyub.
Mark Zukerberq ata olması ilə bağlı xəbəri və hisslərini elə Facebookda bölüşüb.
Mark həyat yoldaşı ilə birlikdə qızına məktub da yazıb. Qızlarına yazdıqları məktubda Facebookdan əldə etdikləri gəlirin 99 faizini, təxminən 45 milyard dolları xeyriyyə işlərinə xərcləyəcəklərini bəyan ediblər.
Beləliklə 45 milyardlıq sərvət "Chan Zuckerberg Vəqfi"nə bağışlanacaq.
Qeyd edək ki, 2003-cü ildə Harvard Universitetində tanış olan cütlüyün toyu 2012-ci ildə baş tutub.

Sevinc YASİNQIZI