İran İraqı təhdid etdi

30 Oktyabr 2012 18:15 (UTC+04:00)
İrandan Suriyaya uçan təyyarələrin İraqda saxlanılıb yoxlanılması iki ölkə arasında narazılığa səbəb olub.

AzNews.az-ın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, İran xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib ki, İraq İrana qarşı bu cür təzyiqlərdən çəkinməlidir və gələcəkdə bu cür halların təkrarlanmasına imkan verməməlidir.

Mehmanpərəst onu da bildirib ki, bir ayda 2 təyyarənin yoxlanılmasına baxmayaraq heç bir hərbi yükün aşkarlanmaması iddiaların yalan olduğunu göstərir. İran Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin vurğulayıb ki, İran təyyarələrinin saxlanılması ABŞ-ın təzyiqi ilə baş verir.

Sadiq Musa
AzNews.az