Qətər naziri də Azərbaycanda ov edir - Fotolar

3 Dekabr 2015 11:21 (UTC+04:00)

Qətərli nazir Azərbaycanda on günlük ovunun təşkil edilməsi üçün yerli turizm agentliklərindən birinə müraciət edib.

Qətər nazirini 11 nəfərdən ibarət qrup müşayiət edir. Bura qulluqçular, aşpaz və hətta ov şahinləri üçün veterinar da daxildir. Nazir Azərbaycana 10 ov şahini gətirib.

Məhəmməd bin Saleh Az-Sada ov üçün Sabirabad və İmişli rayonlarının ərazisini əhatə edən Sarısu gölünü seçib.

Qətərli nazir vaxtının çox hissəsini ovda keçirir, gecələmək üçün isə Salyanda yerləşən lüks otel "KÜR"-ə gəlir.





Virtualaz.org