Belarus Abxaziyanın müstəqilliyini tanıya bilər

30 Oktyabr 2012 19:35 (UTC+04:00)
Rusiya Xarici İşlər naziri Belaruslu həmkarı ilə görüşüb. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, XİN rəhbərləri Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin Belarus tərəfindən tanınması məsələsini müzakirə ediblər.

Bu barədə açıqlamanı Belarus Xarici İşlər naziri Vladimir Makey keçirdiyi mətbuat konfransında verib. O, bildirib ki, hələ ki, hər iki respublikanın müstəqilliyinin tanınmasından danışmaq tezdir. "Biz regionda və beynəlxalq arenada baş verən hadisələri analiz etdikdən sonra məsələ ilə bağlı yekun qərarımızı verə bilərik".
Qeyd edək ki, Rusiya hər iki respublikanın müstəqilliyinin tanıdılmasına çalışır. Belarusla bu istiqamətdə danışıqlar isə uzun müddətdir ki, aparılır.

Sadiq Musa
AzNews.az