Ermənistan mətbuatı cəbhədəki itkilərindən yazdı

4 Dekabr 2015 14:33 (UTC+04:00)

Silahlı Qüvvələrimizin bölmələri düşməni qabaqcadan aşkar edərək, onun hərəkətinin qarşısını qətiyyətlə alıblar. Düşmənlə döyüşdə gizirimiz yaralanıb, Ermənistan tərəfi də itki verib.

AzNews.az "News.am"a istinadən xəbər verir ki, atışma zamanı Ermənistan ordusunun əsgəri Erik Qriqoryan ölüb. Məlumata görə, 1995-ci ildə təvəllüdlü Qriqoryan öldürülməsəydi, bu gün ordudan tərxis olunacaqmış.

Aydan AXUNDOVA