Gülər Əhmədovanın YAP-dan çıxarılması gündəmə gəldi

30 Oktyabr 2012 20:07 (UTC+04:00)
"Keçmiş deputat Gülər Əhmədovanın YAP üzvlüyündən çıxarılıb-çıxarılmaması məsələsi ilk partiya təşkilatının səlahiyyətindədir. Söhbət YAP-ın Bakı Dövlət Universiteti üzrə təşkilatından gedir.

Onlar təqdimat verəndən sonra biz bu məsələni müzakirə edəcəyik". Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov deyib. O, G. Əhmədovanın partiyada qalıb-qalmayacağı barədə danışmaq istəmədiyini də söyləyib: "İlk partiya təşkilatının müzakirəsi olacaq. Mən sözümü ondan sonra deyəcəyəm".

AzNews.az