Moskvada soydaşımız girov götürülərək öldürüldü

31 Oktyabr 2012 05:57 (UTC+04:00)


Moskvada Azərbaycan vətəndaşını öldürməkdə şübhəli bilinən 4 nəfər həbs edilib. Onlardan 3-ü keçmiş polis əməkdaşıdır. DİN-nin Moskva şöbəsindən verilən məlumata görə, hadisə sentyabrın 5-dən 6-na keçən gecə baş verib.

Təqsirləndirilən şəxslər maşında azərbaycanlı ilə bərabər gedərkən aralarında konflikt yaranıb və soydaşımız öldürülüb. Onun maşını həmin şəxslər tərəfindən qaçırılaraq Moskvaya aparılıb.

Başqa bir məlumata görə isə, həmin şəxslər azərbaycanlını öz maşınında gorov götürərərk valideynlərindən pul istəmək niyyətində olublar. Ancaq bu baş tutmadıqda onu öldürərək Yaroslavlda basdırıblar.

Artıq həbs edilənlərin öz günahlarını etiraf etdikləri də yayılan məlumatlar arasındadır. Saxlanılan şəxslərdən 3-ü polis əməkdaşı olduğuna görə huquq-mühafizə orqanlarından xaric ediliblər. Bundan başqa həmin polis əməkdaşlarının işlədiyi bölmənin rəhbərliyinin də işdən azad ediləcəyi gözlənilir.

Elnarə Əlosmanqızı
AzNews.az