Borca görə, tanışını güllələdi
31 Oktyabr 2012 06:05 (UTC+04:00)
Azərbaycanın Şirvan rayonun qətl törədilib. Bu barədə APA-ya Rayon Prokurorluğundan bildirilib.
Hadisə Şirvan şəhərində qeydə alınıb. Şəhər sakini, 49 yaşlı Məharət Əbülfəz oğlu Abdullayev tanışı, 32 yaşlı Fərid İnqilab oğlu Kakavanı güllələyib. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. İlkin məlumata görə, hadisə borc üstündə baş verib.
AzNews.az