Ermənilərdən Ərdoğana etiraz

31 Oktyabr 2012 06:14 (UTC+04:00)
Almaniyadakı Mərkəzi Erməni Şurası paytaxt Berlində etiraz aksiyası təşkil edəcək. AzNews.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, aksiyaya səbəb Türkiyə Baş naziri Rəcəb Tayyip Ərdoğanın Almaniya səfəridir.

Ermənilər Türkiyə baş nazirinə qarşı təşkil ediləcək aksiyada bir çox əsassız şüarlar səsləndirəcəklər.

Onlar Türkiyədə etnik azlıqların hüquqlarının qorunması, dini müxtəlifliyə hörmət və erməni soyqırımının tanınması kimi məsələlər qaldıracaqlar. Qeyd edək ki, Türkiyə Baş naziri Almaniya kansleri Angela Merkellə bu gün görüşəcək.

Sadiq Musa
AzNews.az