«İqtisadçı» növbəti mərhələyə adladı
31 Oktyabr 2012 06:15 (UTC+04:00)
Qadın voleybolçulardan ibarət "İqtisadçı" klubu CEV kubokunun 16 final mərhələsində cavab matçına çıxıb.
AzNews.az xəbər verir ki, ötən həftə doğma divarlar arasında Niderlandın "Sport Sliedrext" komandasına 3:0 hesabı ilə qalib gələn "tələbələr", eyni uğuru səfərdə də təkrarlayıblar – 3:0 (25:12, 25:21, 25:20).
"İqtisadçı"nı noyabrın 3-də növbəti oyun gözləyir. Bülənd Qarşıoğlunun rəhbərlik etdiyi kollektiv ölkə çempionatında "Lokomotiv-Biləcəri" ilə görüşəcək.
Kamran Hacı
AzNews.az