Xameneyi 2 azərbaycanlını həbs etdirir
31 Oktyabr 2012 07:00 (UTC+04:00)
Təbriz həbsxanasında saxlanılan Güney Azərbaycan milli fəallarından olan Fərdin Muradpur və Vəhid Rastquya qarşı ittiham irəli sürülüb. Hər iki fəal İran İslam Respublikasının ali dini rəhbəri Seyid Əli Xameneyini təhqir etməkdə ittiham edilib.
Barələrində ittiham elan edilən hər iki azərbaycanlı 10 milyon tümən girov müqabilində məhkəmə qərarı çıxarılana qədər ev dustaqlığına buraxıla bilər.
Təbriz məhkəməsinin 11-ci şöbəsində işlərinə baxılan hərəkat fəallarından biri - Fərdin Muradpur bundan öncə bir dəfə də həbs edilmişdi.
Alpər Oğuz
AzNews.az