AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazir general-polkovnik Kəmaləddin Heydərov, Azərbaycan Respublikası Dövlət Neft Şikətinin prezidenti Rövnəq Abdullayev, Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev hadisə zonasında yaradılmış operativ qərargahda birgə müşavirə keçirib. Rəsmilər müşavirədə qəza-xilasetmə əməliyyatının gedişi ilə bağlı məsələləri müzakirə ediblər.
Qeyd edək ki, dekabrın 4-də "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə qəza baş verib. Rəsmi məlumata görə, hadisə baş verən zaman platformada 63 nəfər olub. 32 nəfər təxliyyə olunub. 2 nəfər ölüb. İtkin düşmüş 29 nəfərdən 6-nın cəsədi tapılıb. Başlayan axtarış-xilasetmə əməliyyatları bu gün səhərdən dalğıcların cəlb olunması ilə davam etdirilir.