Misir Mərdanov narazılıq etdi

31 Oktyabr 2012 07:28 (UTC+04:00)


"İtaliya və Azərbaycanın illik ticarət dövriyyəsinin böyük olmasına baxmayaraq, təhsil sahəsində əlaqələr çox aşağı səviyyədədir". Lent.az-ın məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov "Azərbaycan və İtaliya arasında təhsil sahəsində əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər" mövzusunda keçirilən konfransda bildirib.

Nazir vurğulayıb ki, yalnız ali təhsil üzrə deyil, təhsilin bütün pillələri və səviyyələri üzrə əlaqələr inkişaf etməlidir: "Azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil alması üzrə Dövlət Proqramı" çərçivəsində İtaliya universitetlərində təhsil alan azərbaycanlı gənclərin sayı qaneedici deyil, onların sayı artırılmalıdır.

Xarici təhsillə bağlı dövlət proqramına İtaliyanın 24 universiteti cəlb edilsə də, hazırda bu proqram çərçivəsində həmin ölkədə yalnız 4 nəfər oxuyur. Hazırda Azərbaycanın bir çox universiteti İtaliya ilə əməkdaşlıq edir. Bu əlaqələr daha çox Avropa İttifaqının Tempus proqramı çərçivəsində qurulub".

AzNews.az