İranda “donuz qripindən“ - 33 nəfər öldü
7 Dekabr 2015 22:35 (UTC+04:00)
AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə İran Səhiyyə nazirinin müavini Əli Əkbər Səyyari bildirib.
Onun sözlərinə görə, 28 nəfər Kirman, 5 nəfər isə Sistan-Bəlucistan əyalətində həyatını itirib. Digər əyalətlərdə də xəstəliyə yoluxanlar var.
"Səhiyyə Nazirliyi xəstəliyin yaxın günlərdə ölkədə daha da yayıla biləcəyindən narahatdır", deyə Səyyari vurğulayıb.
Sosial səhifələrdə paylaş