Gülər Əhmədova bir vəzifəsini də itirdi

31 Oktyabr 2012 07:37 (UTC+04:00)
Məlum video qalmaqalından sonra keçmiş millət vəkili Gülər Əhmədovanın rəhbərlik etdiyi Azərbaycan Uşaq Fondu, "Mərkəz" qəzeti və saytının fəaliyyəti ilə yanaşı, Azərbaycan İçigeki Federasiyasının da taleyi maraq doğurur.

AzNews.az-a daxil olan məlumata görə, Gülər Əhəmədova həm də karate idmanı olan İçigeki Federasiyasının da prezidenti olub. Bu barədə hətta Mərkəz.az saytında Azərbaycan Uşaq Təşkilatı barədə məlumatda da yer alıb. Bu məlumata əsasən G.Əhmədova Azərbaycan İçigeki Federasiyasının Prezidentidir.

Digər məlumatlarda isə keçmiş millət vəkilinin Federasiyanın Fəxri prezidenti və Azərbaycan İçigeki Peşəkar Karate Klubunun Fəxri Prezidenti olduğu bildirilir.

Mənbənin AzNews.az-a bildirib ki, hadisələrdən sonra millət vəkilinin federasiya ilə bütün əlaqələri kəsilib. G.Əhmədovanın hətta Federasiyadan kənarlaşdırılacağı da daxil olan xəbərlər arasındadır.

Elnur Əzimov
AzNews.az