Millət vəkili Kanadada görüşlər keçirdi

31 Oktyabr 2012 07:38 (UTC+04:00)
Milli Məclisin deputatı Fuad Muradov Kanadanın Kvebek şəhərində Beynəlxalq Parlamentlər İttifaqının 127-ci sessiyasında iştirak edib. Millət vəkili F.Muradov AzNews.az-a sözügedən sessiyanın son günündə Uruqvay, Litva, İsveçrə və Venesuela nümayəndə heyətləri ilə görüşlər keçirdiyini bildirib.

Onun sözlərinə görə, görüşdə parlamentlər arasında əməkdaşlıq və perspektivdə duran məsələlər, o cümlədən yeni layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb. F.Muradov əlavə edib ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ümumilikdə 20-dən artıq görüş keçirib.

Vasif Həsənli
AzNews.az