Altı uşaq boğularaq öldü - Türkiyə sahilərində

8 Dekabr 2015 21:06 (UTC+04:00)

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Türkiyənin qərbində Çeşme şəhərində baş verib.

İnsident zamanı körpə olmaqla, altı uşaq suda boğularaq ölüb.

Sahil mühafizəsi xidməti 8 nəfəri xilas edə bilib, daha iki nəfər itkin düşmüş hesab olunur.

Məlumata görə, qaçqınlar Yunanıstanın Xios (Chios) adasına gedirdilər.