Tibb bacısı intihara cəhd etdi

31 Oktyabr 2012 08:14 (UTC+04:00)


Azərbaycanın Şəki rayonunda dəhşətli hadisə baş verib. Rayon hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, rayon xəstəxanasında tibb bacısı işləyən Nərgiz Məmmədova qonşusu İlqar Məmmədova ilkin tibbi yardım məqsədi ilə ağrıkəsici iynə vurub. Vurulan iynədən sonra İ. Məmmədovun vəziyyəti qəflətən pisləşib və o, dünyasını dəyişib.

Bu hadisədən şoka düşən tibb bacısı intihar etmək istəyib. N. Məmmədova bu məqsədlə hər iki qolunun damarlarını kəsib. Təcilli xəstəxanaya çatdırılan N. Məmmədovanı xilas etmək mümkün olub. Faktla bağlı araşdırma aparılır.

AzNews.az