Sahibini israf etməyə qoymayan çanta - “Yenə də?”
9 Dekabr 2015 13:25 (UTC+04:00)
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Şotlandiyada universitet tələbələri bazarlıq edən zaman ödəmə kartını çantadan götürdükdə siqnalla xəbərdarlıq edən çanta hazırlayıblar.
Kartı çantadan çıxartdıqda çanta "bu haqda düşünmə", "çox israf etmisən", "yenə də?" kimi cümlələrlə xəbərdarlıq edir. Kartı yerinə qoyanda isə "sözümü eşidəcəyini bilirdim" deyə sahibinə cavab verir.
Çantanın sadə işləmə mexanizmi var. Belə ki, ödəmə kartının qoyulduğu yerə sensor yerləşdirilib. Kart yerindən götürüldükdə sensor çantanın dibində yerləşdirilmiş kiçik vasitəyə siqnal göndərir və səslə sahibinə xəbərdarlıq edilir.
Aybəniz