Sektalar nəzarətə götürülür

31 Oktyabr 2012 08:38 (UTC+04:00)
Rusiya prezidenti ölkədə fəaliyyət göstərən dini sektaların fəaliyyətini tənzimləmək üçün normativ-hüquqi bazanın yaradılmalı olduğunu deyib.

AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Putin sektalarla bağlı daha sərt mövqe tutulmalı olduğunu vurğulayıb və bildirib ki, Rusiyada fəaliyyət göstərən sektaların çoxu digər ölkələrdə qadağan edilib.

"Onlar ölkədə terror təbliğatı aparırlar, ekstremizmin yayılmasına çalışırlar. Bu isə o deməkdir ki, bu cür sektalar ictimai təhlükə yaradır" Bununla belə, Rusiya prezidenti bu cür məsələlərə ehtiyatlı yanaşılmalı olduğunu deyib və əlavə edib ki, burada etiqad azadlığının qorunması nəzərdən qaçmamalıdır.

Sadiq Musa
AzNews.az