Hərbi hospital sökülür, yerində... -FOTOLAR

31 Oktyabr 2012 08:57 (UTC+04:00)
Müdafiə Nazirliyinin Cəlil Məmmədquluzadə (keçmiş Papanin) küçəsindəki hospitalı sökülür. AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, artıq hospitalın hasarı sökülüb. Bununla yanaşı həyətdəki ağaclar kəsilib və bir neçə yardımçı binalar da sökülüb.

Söküntü işlərinin aparıldığı ərazidə 40-a yaxın fəhlə çalışır. Ancaq söküntü işlərinə rəhbərlik edənlər heç bir məlumat verməməklə yanaşı ərazidə çəkiliş aparılmasını da əngəlləməyə çalışıblar.

Məlumatlara görə, ərazidə hündür mərtəbəli binanın tikintisi nəzərdə tutulub.

Mahir Hüseynbəyli
AzNews.az