Mark Zukerberq müsəlmanları dəstəklədi
10 Dekabr 2015 09:22 (UTC+04:00)
TASS agentliyinin verdiyi məlumata görə, bu barədə o, öz rəsmi "Facebook" səhifəsində yazıb.
"Valideynlərim bir yəhudi olaraq mənə öyrədiblər ki, biz istənilən birliyə qarşı hücumlara müqavimət göstərməliyik. Hətta bu gün hücum bizə qarşı yönəlməsə belə, zamanla azadlığa edilən hücum hamımıza ziyan vuracaq", — deyə o bildirib.
Zukerberqin sözlərinə görə, nifrət ədəbsizliyə yol aça bilər, lakin nə qədər ki, insanlar bir-birində yaxşı şeylər görürlər, ən yaxşı dünyanı qurmaq üçün fürsət qalır.
Trend.az