5 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Azərbaycanda (Video)

10 Dekabr 2015 13:42 (UTC+04:00)

Anası Muradı yatmış vəziyyətdə tək qoyub və evi tərk edib. Bu zaman uşaq yuxudan oyanıb və eyvana çıxıb. Bu zaman o, özünü saxlaya bilməyib və yerə düşüb.

Murad Alıyev qapalı kəllə-beyin travması ilə təcili yardım maşını vasitəsi ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Pediatriya Şöbəsinin reanimasiya bölməsinə yerləşdirilib.

Hazırda uşağın vəziyyətinin stabil olduğu bildirilir.



Region TV