Anar Rafiq Tağıdan danışdı

31 Oktyabr 2012 10:19 (UTC+04:00)


"Rafiq Tağı düşünülməmiş bəyanatlarla çıxış edirdi. Yazıçılar Birliyinin bir neçə üzvü, o cümlədən Səməd Vurğun barədə yazılar yazmışdı. Buna görə biz onu AYB-dən xaric etdik. Amma o dünyasını dəyişəndə biz çox üzüldük".

Bunu AYB sədri Anar qətlə yetirilən Rafiq Tağı ilə bağlı danışarkən deyib. AYB sədrinin sözlərinə görə, R.Tağı çox istedadlı olub: "Amma bu istedadına baxmayaraq, o, səhv yolda idi".

Bahar Rüstəmli
AzNews.az