Nadir Qafarzadədən musiqiçilərə qadağa – FOTOSESSİYA

31 Oktyabr 2012 10:22 (UTC+04:00)
Tanınmış teleaparıcı Səxavət Nurun təqdimatında "İmza mən" verilişinin növbəti qonağı müğənni Nadir Qafarzadə olub. AzNews.az-ın məlumatına görə, N.Qafarzadə aparıcının suallarını cavablandıraraq, sərt açıqlamalarıyla diqqət çəkib. Belə ki, müğənni toylarda ifa etdiyi mahnılarla bağlı danışıb və müğənnilərin əksəriyyətini "Can-cana" mahnısının ifa etməkdə ittiham edib:

"Mən klassik bəstəkarların mahnılarına müraciət etmişəm. Toylarda da repertuarımda yer alan mahnıları oxuyuram. Bu cür mahnılardan sonra toylarda "Can-cana" oxumağım düzgün olmaz. Düzdür, toylarda məndən "Can-cana"ni istəyirlər. Amma oxumuram. Hətta, musiqiçilərə də imkan vermirəm ki, o cür mahnıları səsləndirsinlər".

N.Qafarzadə həmkarı Sabir Əhmədovun onun haqqında söylədikləri ittihamlara da cavab verib. O, Sabirin adını açıqlamasa da, amma açıq-aydın hiss olunub ki, sözləri onun ünvanına yönəlib:

"Hamı məni "əjdaha" ləqəbiylə tanıyır və qəbul ediblər. O, guya, bu ləqəbimi qəbul etmir. Heç onun qəbul edib-etməməsinə ehtiyacım da yoxdur. O, özünü reklam etmək istəyir. Xəstə təfəkkürə malik olan insandır".

N.Qafarzadəni veriliş bitdikdən sonra onu gözləyən pərəstişkarlarıyla görüşüb və onlara imzalı şəkilini hədiyyə edib.

Qeyd edək ki, Xəzər Televiziyası və Araz Radiosunun (103.3 FM) efirində yayımlanan "İmza mən" verilişini hər həftənin cümə günü saat 19:00-da izləyə bilərsiniz.

"İmza mən" verilişinin informasiya dəstəyi AzNews.az İnformasiya Agentliyidir.

Fuad Mədətov
AzNews.az