Çavuşoğludan türk tələbələrin Rusiyadan qovulmasına – Sərt Reaksiya
11 Dekabr 2015 16:35 (UTC+04:00)
Türkiyənin Xarici İşlər Nazirliyi Rusiyanın bu addımına sərt reaksiya verib.
AzNews.az xəbər verir ki, xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya xəbərdarlıq edib: "Rusiya bizim sərhədlərimizi qanunsuz keçib. Bizim də borcumuz sərhədlərimizi qorumaqdır. Amma Rusiya bu vəziyyətdən istifadə edir. Biz Rusiyaya cavab vermiriksə, bu o demək deyil ki, qorxuruq ya da özümüzü günahkar hiss edirik.
Rusiya bu vəziyyəti Türkiyənin əleyhinə dəyərləndirmək istəyir. Biz isə münasibətləri əvvəlki vəziyyətə gətirmək üçün səbrlə hərəkət edirik. Amma Rusiya bu fürsətdən Türkiyənin əleyhinə istifadə etməyə davam edərsə biz də müəyyən tədbirlər görəcəyik".
Aybəniz