Toyda 24 nəfər öldü, 42 nəfər yaralandı
31 Oktyabr 2012 11:19 (UTC+04:00)
Səudiyyə Ərəbistanında bədbəxt hadisə baş verib. AzNews.az-ın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, toyda cərəyan vurmasından 24 nəfər həlak olub, 42 nəfər isə yaralanıb.
Verilən məlumata görə, bədbəxt hadisə ölkənin şərqində yerləşən Eyn-Bədr kəndində baş verib. Yüksək gərginlikli elektrik xəttinin qırılması faciəyə yol açıb.
Elektrik vurmasından əlavə, məclis iştirakçıları arasında yaranmış panika da yaralanmalara səbəb olub.
Sadiq Musa
AzNews.az