Yazıçılar Birliyi yeni layihəyə start verdi

31 Oktyabr 2012 11:21 (UTC+04:00)
Azərbaycan Yazıçılar Birliyi ilə "İnterfaks" xəbər agentliyi yeni bir layihəyə imza atdı.
Yazıçılar Birliyinin sədri Anar Rzayev bununla bağlı mətbuat konfransı keçirdi.

Qeyd edək ki, birlik ilə agentliyin məqsədi yeni nəşr olunan kitablar haqqında oxucuları məlumatlandırmaqdır: "Son vaxtlar kitablar nəşr olunur.

Oxucular həmin kitablar bağlı məlumat əldə edə bilmirlər. Biz buna görə "İnterfaks" agentliyi ilə işləməyi qərara aldıq. Bundan sonra "İnterfaks"da yeni bir bölmə açılacaq və orada ancaq yeni nəşr olunan kitablar haqqında geniş məlumat veriləcək".

Bahar Rüstəmli
AzNews.az