Türkiyədə dəhşətli yol qəzası - 11 ölü (Video + Foto)
12 Dekabr 2015 14:16 (UTC+04:00)
AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 08.30-da Van-Ərciş yolunda mikroavtobusla yük avtomobili toqquşub. Nəticədə 11 nəfər ölüb, 4 nəfər yaralanıb.
Mikroavtobusun sərnişinləri imtahan üçün Van şəhərinə gedən tələbələr və müəllimlər olub.
Hadisə yerinə ambulanslar cəlb olunub. Ölənlər və yaralılar xəstəxanaya daşınıb.

