Meşədə altı əcnəbi donaraq öldü
12 Dekabr 2015 15:27 (UTC+04:00)
AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, son məlumata əsasən, onlar hamısı Banqladeşin vətəndaşlarıdır.
Meyitlərin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Təxmin edilir ki, onlar meşədə yoldan istirahət üçün dayanıblar. Burada yatan yolçular donaraq ölüblər.
Cəsədləri aşkar edən ovçular bu barədə hadisə yerindən 4 kilometr aralı Gürcüstan-Türkiyə sərhədində xidmət aparan sərhədçilərə xəbər veriblər.
Cəsədlər Batumi şəhərinə gətirlib, burada ekspertiza aparılır.
Faktla bağlı araşdırmalara başlanılıb.