Dünya ağırlıqqaldıranları Bakıya toplaşır

31 Oktyabr 2012 11:25 (UTC+04:00)


13-16 dekabrda Bakıda ağırlıqqaldıranlar arasında beynəlxalq qran-pri turniri keçiriləcək.

Bu barədə xəbəri AzNews.az–a Ağır Atletika Federasiyasının icraçı direktoru İsgəndər Əskərov verib. Onun sözünə görə, yarışda 25 ölkədən təqribən 100 idmançı iştirak edəcək.

Hazırda milli komandamızın bir hissəsi bu turnirə hazırlıq məqsədi ilə paytaxtda təlim-məşqlərini davam etdirir.

Kamran Hacı
AzNews.az