“Hürriyet” qəzeti atəşə tutuldu

12 Dekabr 2015 22:57 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, polisin məlumatına əsasən, cinayətkarlar hərəkətdə olan avtomobildən atəş açıblar və dərhal hadisə yerindən uzaqlaşıblar.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Məlumata görə, binaya 6 güllə dəyib, pəncərələrin şüşələri qırılıb.

İnsident nəticəsində xəsarət alan olmayıb.