Ermənistanda doğum səviyyəsi azalıb

31 Oktyabr 2012 12:15 (UTC+04:00)
Yanvar-sentyabr aylarında Ermənistanda 30 906 uşaq anadan olub ki, bu da ötən ilin analoji dövr göstəricisindən 3 faiz azdır. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bunu ölkənin Milli Statistika Xidmətinin şöbə müdiri Karina Kuyumcyan deyib.

O qeyd edib ki, ölüm səviyyəsi 0,8 faiz azalaraq 20 815 nəfər təşkil edib. "Bununla da Ermənistan əhalisinin təbii artımı 10 091 nəfər təşkil edib ki, bu da 2011-ci ilin göstəricisindən 7,1 faiz azdır", - Kuyumcyan bildirib. O, həmçinin vurğulayıb ki, cari ilin yanvar-sentyabr aylarında Ermənistana gələnlərin sayı 1 594 988 nəfər, gedənlərin sayı isə 1 692 147 nəfər olub. Qeyd edilən dövrdə Ermənistana 747 240 əcnəbi vətəndaş gəlib, 734 944 əcnəbi isə ölkəni tərk edib.

AzNews.az