İsrail və Fransa yenə İranı müzakirə edəcək

31 Oktyabr 2012 12:04 (UTC+04:00)
İsrailin Baş naziri Binyamin Netenyahu bu gün Fransaya yollanıb. AzNews.az-ın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, İsrail Baş naziri prezident Fransua Ollandla görüşəcək. Tərəflərin İranla bağlı müzakirələr aparacağı bildirilir.

Qeyd edək ki, Netenyahu bundan əvvəl "Paris Match" jurnalına verdiyi müsahibəsində bildirmişdi ki, o, Fransa prezidenti ilə İrana qarşı sanksiyaların sərtləşdirilməsini müzakirə edəcək.

Sadiq Musa
AzNews.az