İran geri çəkilir?

31 Oktyabr 2012 17:50 (UTC+04:00)


İranın Müdafiə naziri Əhməd Vahidi Hörmüz boğazının bağlanmayacağını deyib. Vahidi ölkəsinin sanksiyalara cavab olaraq boğazın bağlanması ilə bağlı qərar qəbul etməyəcəyini də vurğulayıb.

Xatırladaq ki, bir neçə ay əvvəl İranın dövlət rəsmiləri ABŞ və Qərb dövlətlərini Hörmüz boğazını bağlayacağı ilə hədələyirdi. Maraqlıdır, bəs rəsmi Tehranın geri çəkilməsinin səbəbi nədir?

Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev AzNews.az-a deyib ki, belə bir bəyanat dövlət adından rəsmi şəkildə verilməyib: "Bu hərbi komandaların əmridir. İran prezidenti də belə bir bəyanatla çıxış etmədiyini bildirib. Həmçinin İranın dini lideri də belə bir ifadə işlətməyib. Bu ölkənin söz sahibi olan üç qurumdan hansısa birinin bu barədə qərarı da yoxdur".

Gültəkin Qəhrəmanlı
AzNews.az