Rusiya Türkiyə ilə Ermənistan sərhədinə hərbi qüvvə göndərir – 7000 əsgər, raket və tank
14 Dekabr 2015 13:24 (UTC+04:00)
AzNews.az xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata əsasən Vladimir Putin Rusiya əsgərlərinin Ermənistana göndərilməsi haqda qərar verib. Məlumatda bildirilir ki, yaxın zamanda qərarın həyata keçirilməsinə başlanılacaq. Sərhədə göndəriləcək 7 min rus əsgəri Rusiyanın 58-ci korpusunun seçmə hərbi qüvvələrindən yaradılacaq. Həmin Rusiya hərbi qüvvələri raketlər və tanklarla da təmin olunacaq.
Qüvvələrin sərhədə yerləşdirilməsində məqsəd Ermənistanı Türkiyədən gələ biləcək hərbi hücumdan qorumaqdır.
Sevinc YASİNQIZI
AzNews.az