“Sendi” 110 nəfərin həyatına son qoydu

31 Oktyabr 2012 12:23 (UTC+04:00)
Amerikanı cənginə "Sendi" qasırğası 110 nəfərin həyatına son qoyub. AzNews.az-ın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, qasırğa ucbatından 7 milyon insan işıqsız qalıb. Artıq qasırğanın Kanada ərazisini də vurduğu bildirilir.

Qeyd edək ki, qasırğa səbəbilə bir çox tədbirlər yarımçıq qalıb. Belə ki, prezident seçkiləri ilə bağlı tədbirlər və Halloven bayramı ilə əlaqədar hər il təşkil olunan parad təxirə düşüb.

Sadiq Musa
AzNews.az