Xarici Kəşfiyyat Xidmətinin rəisi kimdir?

14 Dekabr 2015 16:48 (UTC+04:00)


Orxan Sedyar oğlu Sultanov prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edilib.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, Orxan Sultanov bundan əvvəl Xarici İşlər Nazirliyi sistemində işləyib. O, 2007-2011-ci illər ərzində Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin humanitar məsələlər üzrə I katibi vəzifəsində çalışıb.

O.Sultanovun XİN sistemindən uzaqlaşandan sonra hansı sahədə çalışdığı bəlli deyil.