“Hər ailəyə bir uşaq” siyasətinə son

31 Oktyabr 2012 18:20 (UTC+04:00)
Son zamanlar iqtisadi dirçəliş dövrünü yaşayan Çin sosial sahədə də irəliyə doğru addımlar atmağı planlaşdırır.

AzNews.az-ın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, rifah səviyyəsinə görə, Rusiyanı 11 pillə qabaqlayan Çin hər ailəyə bir uşaq siyasətini dayandırmaq istəyir. Buna səbəb ölkənin beyin mərkəzlərinin təhlilləridir.

Belə ki, Çin beyin mərkəzləri hökumətə təklif edirlər ki, 2020-ci ilə qədər "hər ailəyə bir uşaq" siyasətindən vaz keçilməlidir. Səbəb kimi isə, ölkədəki iqtisadi inkişafı, işsizlik səviyyəsinin aşağı enməsini və ölkənin böyük dünyəvi hədəfləri ilə izah edirlər.

Qeyd edək ki, çinli ailədə ikinci uşağın olmasına görə vergi ödənilir. Bu verginin miqdarı isə çox olduğundan yalnız varlı ailələr bu addımı ata bilirlər.

Sadiq Musa
AzNews.az