Roza Zərgərli: “Bunun günahı Anardadır” – FOTOSESSİYA

31 Oktyabr 2012 13:53 (UTC+04:00)
Müğənni Roza Zərgərli bu gün keçirdiyi təqdimat mərasiminə bir saatdan çox gecikib. AzNews.az-ın məlumatına görə, müğənninin təqdimatına gecikməsinə səbəb stilist Anar Ağakişiyevlə bağlı olub.

"Bunun günahı Anardadır. O, məni çox gec bəzədi", - deyən müğənni təqdimatı bu sözlərə açıb.

Daha sonra "S-Twins" qrupunun (Sevinc və Sevil Səfərovalar) ifa etdiyi sözləri və musiqisi Cəmil Məmmədliyə məxsus olan "Sev məni" adlı mahnı haqqında məlumat verib. Mahnıya çəkilən klipin rejissorunun özü olduğunu deyən Roza Zərgəli, klipdə aktyor Cavid Alxazovun çəkildiyini söyləyib.

Klip media nümayəndələrinə klipi təqdim olunduqdan sonra səbəbkarlar təqdimata dəvət etdikləri qonaqlarla görüşdülər ki, bu da maraqlı görüntülərə səbəb olub.

Qeyd edək ki, tədbirdə müğənnilər Samira Allahverdi, Zarina Məmmədova, Günay İbrahimli, Yaşar Yusubov, Elvin Abdullayev, prodüserlər Kənan Bayramov, Təranə Səmədova və başqaları təşrif buyurmuşdu.

Fuad Mədətov
FOTO: Mahir Hüseynbəyli
AzNews.az