Qızlara hücum edən manyak peyda olub

31 Oktyabr 2012 14:15 (UTC+04:00)
Tbilisinin Baqebi rayonunda tələbə qıza hücum olub. Şahidlərin sözlərinə görə, küt alətlə qızın başına üç zərbə endirilib. Trend-in məlumatına görə, Tbilisi Dövlət Universitetində mühazirədən sonra qız evə qayıdarkən 30 yaşlarında, orta bədən quruluşlu naməlum kişi onu izləməyə başlayıb.

Yerli sakinlərin sözlərinə görə, həmin kişini əvvələr də başqa qızları pis niyyətlə izləyərkən görüblər. Hazırda xəsarət alan qızın vəziyyəti sabitdir. Onu Quduşauri klinikasına yerləşdiriblər. Hadisə yerində müstəntiqlər işləyirlər. Qıza məxsus çanta hadisə yerindən tapılıb. İlkin versiyaya əsasən, hücum zorlamaq cəhdi ilə əlaqədar ola bilər.

AzNews.az