Rəvan Habiloğlu səhnəyə qayıdır

31 Oktyabr 2012 14:18 (UTC+04:00)
"Mən yenidən sənətə, sənəyə qayıdıram". Bunu AzNews.az-a xalq artisti Habil Əliyevin oğlu Rəvan Habiloğlu bildirdi.

R.Habiloğlunun sözlərinə görə, o, bu dəfə tamaşaçıları iki mahnı ilə salamlayacaq: "Bunlardan biri "Olmaz", ikincisi isə "Kimsə bilməsin". Hər iki mahnının bəstəsi özümə aiddir. Ümumiyyətlə, mən həmişə öz mahnılarımı ifa etmişəm. Başqa heç kəsin mahnısını oxuyan deyiləm. Düzdür, bir-iki türk mahnısı oxumuşam".

Müğənni dedi ki, onun budəfəki qayıdışı təkid nəticəsində baş tutub: "Baxdım ki, cəmiyyətdə mənə qarşı bir təkid var. İstəyirdilər ki, səhnəyə qayıdam. Yerim boş qalıb. Məni çox incitdilər. Başıma nə oyunlar açdılar, zülmlər etdilər. Atamın bu istiqamətdə heç bir köməkliyi olmadı.

Həm də özüm istəmədim. Bu elə bir yoldur ki, gərək müstəqil gedəsən. Zirvəyə özün çıxasan. Mən yaxın müddət ərzində Rəvan Habiloğlu kimi yüksək zirvəni fəth edəcəm".

Qeyd edək ki, bir müddət əvvəl Rəvan Habiloğlu səhhətində yaranan problemlərlə bağlı Ruhi Əsəb Dispanserinə yerləşdirilmişdi.

Bahar Rüstəmli
AzNews.az