«Azərreyl» İstanbulda asan təslim oldu

31 Oktyabr 2012 19:25 (UTC+04:00)
Bu gün qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının qrup mərhələsində 2-ci tura start verilib. AzNews.az xəbər verir ki, "D" qrupunda yer alan "Azərreyl" klubu Türkiyədə yerli "Əczaçıbaşı"nın qonağı olub.

İlk oyunda evdə "Drezdner"i məğlub etməklə (3:1) qələbə sevinci yaşayan "dəmiryolçular", bu dəfə adlı-sanlı rəqibinə uduzublar.

Maraqlıdır ki, komandamız ilk 2 hissədə İstanbul təmsilçisinə müqavimət göstərsə də, 3-cü hissədə asanlıqla təslim olub – 0:3 (22:25; 23:25; 12:25).

Kamran Hacı
AzNews.az