“O zaman ağ zolaq imiş” – Putin konfransda lətifə danışdı
17 Dekabr 2015 13:38 (UTC+04:00)
AzNews.az xəbər verir ki, Putin suallara cavab verməyə lətifə ilə başlayıb. "Komsomolskaya pravda"nın jurnalisti prezidentə iqtisadi böhranla bağlı sual verib. Bu zaman jurnalist prezidentin öncəki çıxışını xatırladıb.
Belə ki, Putinin əvvəl verdiyi açıqlamaya əsasən böhran 2016-cı ilin sonu, 2017-ci ili əvvəllərində başa çatmalı olub.
Suala cavab olaraq Putin ağ-qara barədə lətifə danışıb:
"İki yoldaş görüşür və biri digərinə deyir:
-Necəsən?
-İndi qara zolaqdır
Yarım il keçir:
-İndi vəziyyət necədir?
-Qara zolaq
-Qara zolaq keçən dəfə idi axı
-Yox, aydın oldu ki o zaman ağ zolaq olub".
Lətifədən sonra Putin suala cavab verib.
Aydan AXUNDOVA