Azərbaycanlı pokerdə yarım milyon manat qazandı - Video + Foto

18 Dekabr 2015 18:03 (UTC+04:00)


Diqqət mərkəzində təbii ki, EPT Prague Baş Hadisəsi və onun final masası oldu. Burada MDB-dən iki oyunçu: azərbaycanlı İlkin Əmirov və rusiyalı Qleb Tremzin iştirak edirdi.

Final gününün yekunlarına görə, üçüncü yer biznesmen İlkin Əmirovun olub (291 min 910 avro və ya 446 min manat), ranner-up Qleb "Ti0373" Tremzin olub, o, alman Hosseyn Ensan ilə sazişə görə, 724 min 510 avro qazanıb.

Qeyd etmək lazımdır ki, Qleb İlkini oyundan "öz əli ilə" çıxarıb.

Əmirov oyundan çıxdıqdan sonra Tremzin və Ensan arasında pul sazişi bağlanıb. Onlar mükafatı yarı bölərək oyun üçün 30 min avro və qalib trofeyini saxlayıblar.



Oxu.az