DiKaprionun anası rus imiş - Etiraf

19 Dekabr 2015 12:28 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, DiKaprio ən böyük arzusunun Rusiya vətəndaşlığı almaq və keçmiş SSRİ-in lideri Vladimir Leninin obrazını yaratmaq olduğunu bildirib.

O üzdən Leninə oxşadığını da deyib.

Aktyor həmçinin anası Yelena Simirnovanın Rusiyanın Perm şəhərində doğulduğunu deyib: "Anam Rusiyada doğulub, mən Rusiyanı çox sevirəm, Sovet filmləri isə ən çox sevdiyim filmlərdəndir".

Qeyd edək ki, DiKaprio 2010-cu ildə "Komsomolskaya Pravda" qəzetinə verdiyi müsahibəsində İosif Stalininin obrazını yaratmaq arzusunda olduğunu bildirmişdi.

Aybəniz İSGƏNDƏROVA
AzNews.az