2 qırıcı təyyarə eyni anda sınaqdan keçirildi – FOTO

1 Noyabr 2012 07:15 (UTC+04:00)
Çin qırıcı təyyarələrin 5-ci nəslinin sınağını keçirib. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, eyni təyyarənin 2 fərqli modeli eyni anda sınaqdan keçirilib.

Bu cür sınaq isə, dünyada yalnız ABŞ-da təşkil olunmuşdu. Qeyd edək ki, qırıcıların mühərriki Rusiya istehsalı olsa da, bütün digər detallar Çində istehsal edilib. Mütəxəssislər qırıcıların texniki və digər imkanlarını yüksək qiymətləndiriblər.
Hərbi ekspertlər isə, Çinin ABŞ-la silahlanma yarışına girdiyi qənaətindədirlər. Hesab edirlər ki, Rusiyanı iqtisadi cəhətdən arxada qoyan Çin özünə yeganə rəqib Amerikanı görür.

Sadiq Musa
AzNews.az